Avropa ölkələri Gürcüstandakı

Almaniya, Fransa, İsveç, Yunanıstan və İsveçrənin Gürcüstandakı səfirləri bu ölkənin daxili işlər naziri Qeorgi Qaxariya ilə görüşmək niyyətindədirlər.

Səfirlər Gürcüstan vətəndaşlarının Avropa ölkələrindən sığınacaq istəməsi ilə bağlı müraciətlərinin sayının artmasından narahatdırlar və onlar bu məsələni nazirlə müzakirə etmək niyyətindədirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Gürcüstandakı səfiri Paskal Menye məlumat verib.

Səfirin sözlərinə görə, təkcə 2018-ci ilin dekabr ayında 1 min nəfər Gürcüstan vətəndaşı Fransadan siyasi sığınacaq istəyib.

“Avropa İttifaqını narahat edən məsələlərdən biri də Gürcüstan vətəndaşları tərəfindən Avropa ölkələrində törədilən cinayətlərinin sayının artmasıdır”, - deyə Paskal Menye vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR