Taliban hərəkatı liderinin oğlu Pakistanda öldürülüb

Taliban hərəkatının mənəvi lideri Məhəmməd Umarın böyük oğlu Molla Yaqub Pakistanda öldürülüb.

Metbuat.az Pakistan mətbuatına istinadla xəbər verir ki, Molla Yaqub ölkənin Kvetta şəhərindən Peşəvərə getdikdən sonra naməlum adamlar onu oğurlayıb, sonra isə qətlə yetiriblər. Mətbuatın yazdığına görə, Talibanın Pakistandakı bir sıra səhra komandirləri həbs edilib.

Hələ ki, Talibanın nümayəndələri bu hadisəyə heç bir şərh vermir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR