​ABŞ afroamerikalıların hüquqlarını pozmaqda davam edir -

“ABŞ afroamerikalıların hüquqlarını pozmaqda davam edir”.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter heabında qeyd edib ki, Martin Lüter Kinqin Birləşmiş Ştatlarda qətlindən 50 il ötsə də, bu ölkədə qaradərililərə qarşı zorakılıq davam edir.

O bildirib ki, ABŞ-da saxlanılan Press YV telekanalının əməkdaşı Mərziyə Haşimi də afroamerika mənşəlidir və o, məhkəmədə ifadə verənə qədər nəzarət altında saxlanılıb. “Vaşinqton izah etməlidir, jurnalistin qaçması rısqi nə qədər böyük idi ki, onu nəzarət altında saxlayıblar” - deyə, iranlı diplomat yazıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR