​Almaniya ilə Fransa arasında əməkdaşlıq yeni

Almaniya ilə Fransa arasında əməkdaşlıq yeni müstəviyə keçir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Berlinə səfər edən Fransa prezidenti Emmanuel Makron ilə Almaniya kansleri Anqela Merkel arasında ikitərəfli münasibətlərə dair yeni anlaşma imzalanıb. 16 səhifədən ibarət olan 28 maddəlik sənəddə bir sıra yeni detallar yer alıb. Məsələn, tərəflər NATO-nun dəstəyi olmadan, təhlükələrə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib.

Anlaşmaya görə, bu iki ölkədən hər hansı birinə qarşı hərbi təcavüz baş verərsə, digəri onun köməyinə çatacaq. Üstəlik, anlaşma ölkələrin xarici siyasət və iqtisadi inteqrasiya sahələrini də tənzimləyəcək. Fransa və Almaniya Avropa Birliyində qərarların qəbulu prosesində də həmrəylik nümayiş etdirəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR