“Azərbaycan 100” reallıqlar faktlar layihəsinin icrası baş tutub

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə XI Qrant müsabiqəsində qalib gələn “Azərbaycan 100” reallıqlar faktlar layihəsinin icrası baş tutub.

Metbuat.az xəbər verir ki, layihənin açılış mərasimi 7 yanvar 2019-cu il tarixində keçirilib. “Azərbaycan 100” layihəsinin rəhbəri olan Aytac Sarıyeva layihəni öz çıxışı ilə açıq elan edərək, layihə haqqında ətraflı məlumat verərək bildirib ki, “Azərbaycan 100” layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur və intellektual yarışma formatında keçirilməsi nəzərdə tutulub.

Layihənin dörddə bir mərhələsi 10 yanvar 2019-cu il tarixində baş tutub. Yarışda müxtəlif universitet və kollecləri təmsil edən 18 komanda iştirak edib və onlardan yalnız 10-u yarımfinala vəsiqə qazanıb. 14 yanvar 2019- cu il tarixində layihənin yarımfinal mərhələsi baş tutub. Yarışda ümumi 10 komanda iştirak edib. Onlardan yalnız 5-i Odlar Yurdu Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universitetinin komandaları finala vəsiqə qazanıblar. Yarışın final mərhələsi 16 yanvar 2019-cu il tarixində baş tutub.. Final mərhələsində beş universitet mübarizə aparıb, onlardan yalnız üçü qalib gəlib. Yarışın qalibləri I yer Bakı Dövlət Universitetinin “Qladius” komandası, II yer Azərbaycan Kooperasiya Universitetinin “Coop” komandası, III yerOdlar Yurdu Universitetinin “Los Venqadores” komandası olub. Qaliblərin mükafatlanması 18 yanvar 2019-cu il tarixində“Azərbaycan 100” layihəsinin bağlanış mərasimində baş tutub. Qaliblər layihə rəhbəri Aytac Sarıyeva tərəfindən sertifikatlarla və Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev tərəfindən kubok və fəxri fərmanlarla təltif olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR