Venesuela ABŞ ilə diplomatik əlaqəni kəsir

Venesuela ABŞ ilə diplomatik əlaqəni kəsir
02:15 24 Yanvar 2019
13 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Venesuela ABŞ ilə diplomatik əlaqəni kəsir.

Trend-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikola Maduro öz "Twitter" səhifəsində yazıb.

N.Maduro bildirib: "Mən Birləşmiş Ştatların hökuməti ilə bütün diplomatik münasibətləri kəsməyi əmr etmişəm".

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3009736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR