Keçmiş məhkum narkotiklə tutuldu

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

DİN mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR