Şəmkirdə oğurluq cəhdinin qarşısı alınıb.
DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 23-də saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndində Şəmkir çay su anbarının həyətindən 100 metr borunun oğurlanmasına cəhd göstərilib.
Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluğun qarşısı alınıb və hadisəni törədən şəxs saxlanılıb.
Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin kənd sakini
M.Məmmədov olduğu müəyyən edilib.
Araşdırma aparılır.
Külək, duman... - Sabah hava belə olacaq - Oxumaq üçün tıkla