Əfqanıstanın hökumət qüvvələri Beynəlxalq koalisiya ilə birgə ölkənin şimal-qərbində yerləşən Fəryab vilayətində “Taliban” hərəkatının 60-dan çox silahlısını məhv edib.
Metbuat.az İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu vilayət polis idarəsinin mətbuat mərkəzinin rəisi Əbdül Kərim Yuriş deyib. Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Kaysar bələdiyyəsinin Şah-Qura rayonunda keçirilən yerüstü əməliyyat nəticəsində, həmçinin üç silahlı əsir götürülüb. Öldürülənlər arasında ölkənin şimalında yerləşən beş vilayətdə silahlıların maliyyə məsələlərinə məsul olan Mövlavi Qandam Əli və Kaysar qəzasında “Taliban” hərəkatı administrasiyasının kölgə rəhbəri də var.
Son ay ərzində Əfqanıstan ordusu və koalisiya qüvvələri vilayətin ərazisində “Taliban” hərəkatının obyektlərinə 12-dən çox aviasiya və yerüstü zərbə endirildiyi, taliblərin 8 hərbi bazasınını və 80 nəqliyyat vasitəsinin məhv edildiyi bildirilir.