Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç dövlətə xəyanətdə təqsirli bilinib.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Kiyevin Obolon rayon məhkəməsi şahid ifadələri və ekspertlərin sübutlarından sonra Yanukoviçin təqsirkar olması barədə hökm çıxarıb. Əsas sübutlardan biri isə keçmiş prezidentin Rusiyanın dövlət başçısı Vladimir Putinə ünvanladığı məktub göstərilir. O, həmin sənəddə Putindən Rusiya qoşunlarını Ukraynaya yeritməyi xahiş etmişdi.
Lakin Yanukoviç barəsində çıxarılan qərar qiyabi xarakter daşıyır. Məsələ burasındadır ki, sabiq prezident 2014-cü ildən bu yana Rusiyada sığınacaq tapıb. Qeyd edək ki, Yanukoviçin özü ittihamları rədd edir və məhkəmə prosesinin sifarişli olduğunu bəyan edir.
Sübhan / METBUAT.az