İsrail əsgərləri Suriyanın Əl-Kuneytra əyalətindəki qaçqın düşərgəsinə hücum edib.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, 15 əsgərdən ibarət qrup düşərgəyə soxularaq dinc insanlara atəş açıb. Nəticədə 1 suriyalı həlak olub, daha 5-i yaralanıb.
Tsaxal ordusunun mətbuat katibi Avixay Edri isə hadisəyə münasibət bildirərkən qeyd edib ki, əsgərlər İsrail ərazisinin Suriya torpaqlarından atəşə tutmasına cavab olaraq belə addım atıb. O əlavə edib ki, əməliyyat zamanı İsrail əsgərləri arasında ölən və yaralanan olmayıb.
Sübhan / METBUAT.az