Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində oğurlanan barelyefinin yerinə yenisi qoyulub.

Metbuat.az xəbər verir ki, yeni löhvə Rəsulzadənin doğulub, boya-başa çatdığı evin qarşısında quraşdırılıb.

Qeyd edək ki, yanvarın 15-də baş verən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.