"Dövlət qulluğuna vətəndaşın, gənclərin şəffaf şəkildə qəbulu insanların bütövlükdə dövlətə inamının artırır".
Metbuat.az-ın məlumatına görə, bunu Tvinninq layihəsinin bağlanış mərasimində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib. Onun sözlərinə görə, Tvinninq layihəsinin gələcəkdə də davam etməsi üçün əsaslar mövcuddur:
"Birincisi, qəbul olunan yeni strategiya 2025-ci ili də əhatə edir. İkincisi, cənab prezident çıxışında dövlət idarəetmə sistemindəki yeni islahatlarla bağlı yeni tezislər səslənib. Üçüncüsü, bizim də üzv olduğumuz Dövlət Qulluğu İdarəetmə Şurasının iclasında bir sıra tapşırıq və tövsiyələr verilib. Hesab edirəm ki, bu 3 fikir Avropa İttifaqının Azərbaycanla bağlı fikirlərini gücləndirə bilər".
Günay Elşadqızı / Metbuat.az
Foto: Müzəffər İsmayılov