2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.
Metbuat.az xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O, bildirib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.
Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Oxumaq üçün tıkla