ABŞ və “Taliban” hərəkatının nümayəndələri Qətərin paytaxtı Dohada baş tutan məsləhətləşmələrin gedişində xarici ölkə qoşunlarının Əfqanıstandan çıxarılması üzrə saziş layihəsini razılaşdırıb.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, saziş layihəsində xarici qoşunların ölkəni 18 ay müddətində tərk etməsi çağırışı yer alıb.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin olunması üzrə ABŞ, NATO və terrora qarşı beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib.