Braziliyanın Minas-Jerays ştatında su bəndinin uçması nəticəsində ölənlərin sayı 60-ə ötüb. Çox sayda yaralı var. 300-ə qədər sakin itkin düşüb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların tapılması üçün bölgəyə minlərlə xilasedici cəlb edilib. Güclü sel çox sayda tikilini yuyub aparıb. Məlumata görə, metallurgiya sənayesi tullantılarının olduğu suyun saxlanılması üçün inşa edilən bənd yerli dağ mədən şirkətlərindən birinə məxsus olub.

Bənd uçarkən şirkətin nümayəndələri də ərazidə olub. Onların da taleyi barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az