PSJ "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerlə danışıqlar aparır.

Metbuat.az Qol.az-a istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi 69 yaşlı mütəxəssisin klubun baş meneceri olmasını istəyir. Tərəflər arasında danışıqların hazırda davam etdiyi bildirilib.

Qeyd edək ki, Venqerin çalışdırdığı son klub "Arsenal" olub. O, 1996-2018-ci illər ərzində London təmsilçisinə başçılıq edib.