Kassasiya məhkəməsi “1 mart” işi üzrə konstitusiya quruluşunun dəyişdirilməsinə görə təqsirləndirilən KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun vəkilinin şikayətini icraata qəbul etməkdən imtina edib, buna görə də Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağı bildirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Xaçaturovun vəkili Mihran Poğosyan bildirib.
Vəkil Mihran Poğosyan erməni mətbuatına verdiyi müsahibəsində bildirib ki kassasiya məhkəməsi standart qərar qəbul edib. Vəkil qeyd edib ki, kassasiya məhkəməsinin şikayəti qəbul etməməsi bundan sonrakı fəaliyyətlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə zəmin yaradır.
Xatırladaq ki, xüsusi istintaq xidməti 2008-ci ilin 1 mart gecəsində İrəvan şəhərində baş verən hadisələrlə bağlı, 2018-ci ilin 26 iyul tarixində Xaçaturova qarşı ittiham irəli sürüb. Həmin ittihamda Xaçaturov konstitusiya quruluşunun dəyişdirilməsində təqsirli bilinərək, ilkin instansiya məhkəməsi tərəfindən onun həbs edilməsi vəsadəti ilə məhkəməyə müraciət edib. Məhkəmə Yuri Xaçaturovun həbs edilməsi vəsatətini təsdiqləyib, eyni zamanda alternativ həbs və 5 milyon dram girov müqabilində azad buraxılmasına dair qərar qəbul edib.