Rusiyanın Saratov vilayətindəki kafedə qaz balonu partlayıb.
Metbuat.az-ın məlumatına görə, hadisə ad günü şənliyi zamanı baş verib. Partlayış nəticəsində 40 nəfər xəstəxanaya çatdırılıb. Xəstəxanaya çatdırılanlardan 22-nə tibbi yardım göstərilib və onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.