Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında 2018-ci ilin iyul-dekabr aylarında baytarlıq sahəsində həyata keçirilmiş nəzarət tədbirləri barədə hesabatı açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, AQTA sədri bildirib ki, həmin dövr ərzində ümumilikdə 21797 patoloji məhsulların müayinəsi həyata keçirilib: “Həmin dövr ərzində 1315 (6%) halda infeksion və invazion xəstəliklər aşkar edilib. Onlardan 823 halda invazion xəstəliklər, 155 halda brusellyoz, 94 halda xlamidioz, 104 halda pasterellyoz, 31 halda quduzluq və 108 halda digər xəstəliklər müəyyən edilib. Müayinələr zamanı yüksək patogenli quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib”.

Günay Elşadqızı / Metbuat.az

Tibb tarixində İNQİLAB - Xərçəng xəstələri TAMAMİLƏ SAĞALACAQ?