Azərbaycanda ən bahalı dövlət nömrə nişanı neçəyədir?

Azərbaycanda ən bahalı dövlət nömrə nişanı neçəyədir?
11:57 14 Yanvar 2015
717 Sosial
Ölkə mətbuatı
A- A+

Kamran Əliyev: "Kimliyindən asılı olmayaraq bu nömrələri heç kim sata bilməz"
Azərbaycanda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dövlət nömrə nişanının ən bahası 2500 manatdır.

Bunu Avtolent.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurtumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, heç kim özbaşına dövlət nömrə nişanını sata bilməz: “Hər bir avtomobilə dövlət tərəfindən qeydiyyat nişanı verilir. Kimliyindən asılı olmayaraq bu nömrələri heç kim sata bilməz. Dövlət nömrə nişanı yalnız nəqliyyat vasitəsi satışa çıxarıldığı halda avtomobillə bir yerdə satıla bilər”.

K.Əliyev həmçinin qeyd edib ki, sıralamadan asılı olaraq ən ucuz dövlət qeydiyyat nişanının qiyməti 22 manatdır.

Qeyd edək ki, sosial şəbəkələrdə ən bahalı avtomobil nömrələrinin siyahısı yayılıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı David Xamelenko adlı şəxs sosial şəbəkələrə elan yerləşdirib. Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə 99 TT 999-dur - 230 min manat. Satışda olan digər nömrələrin siyahısı ilə belədir:

99 LL 999 - 200 min AZN

99 VV 999 – 200 min AZN

99 UU 999 – 200 min AZN.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR