“Qida Təhlükəsizliti Agentliyi tərəfindən 2018-ci ilin iyul-dekabr ayları ərzində 2000 kq konserv məhsulları, 2300 kq bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtsiz içki məhv edilib”.
Metbuat.az-ın məlumatına görə, bunu ötən ilin yekun hesabatı ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib. Sədrin sözlərinə görə, həmir dövr ərzində 31 ton kişmiş və 64 ton günəbaxan tumu zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib:
“6 ay ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən yalnız 1 dəfə idxaldan imtina halı müşahidə edilib. 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək olan müddətdə isə Avropa İttifaqı tərəfindən bu cür imtina hallarının sayı 36 olub”.
Günay Elşadqızı / METBUAT.AZ