“2018-ci ilin iyul-dekabr tarixləri ərzində qida zəhərlənmələri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə 168 müraciət daxil ol, 77 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb”.

Metbuat.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. AQTA sədri qeyd edib ki, müraciətlər əsasında, ümumi sayı 305 nəfər olan zərərçəkən qeydiyyata alınıb: “Onlardan 187 nəfərin qida zəhərlənməsinə məruz qaldığı diaqnozla təsdiq edilib. Zərərçəkənlərdən 14 nəfərinin botulizm qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib, bunlardan bir zərərçəkən həyatını itirib. Qeyd olunan faktlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılmış, məlumatlar toplanılaraq baş vermiş hadisəyə hüquqi qiymətin verilməsi üçün aidiyyəti orqanlarına göndərilib”.

Qeyd edək ki, dünyasını dəyişən Şabran şəhər sakini Qasımov Rövşən Balaqardaş oğlu botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir ay müddətində reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Günay Elşadqızı / METBUAT.AZ