Ötən il Azərbaycanda qeydiyyata alınan vergi ödəyicilərinin sayı 13% artıb

12:07 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 12:03 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 82 688 vergi ödəyicisi qeydiyyata alınıb.

 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvarın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 609 742 olub ki, bu da 2014-cü ilin yanvarın 1-i tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,4% çoxdur.

 

2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2% təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR