Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə görə, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə "Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilib.
Kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə bağlı işdən ayrılıblar: "Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.