Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasında (YAP) gənclərlə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi - Sədr müavini Əli Əhmədov görüş zamanı bildirib ki, fevralın 1-də Yeni Azərbaycan Partiyasının Sədri, prezident İlham Əliyev 2 Fevral gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirib, gənclərə öz tövsiyələrini verib, eyni zamanda gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırıb:

“Bugünkü görüşümüzün məqsədi də odur ki, YAP-da gənclərin bir qismi ilə prezidentin gənclər qarşısında qoyduğu vəzifələr, proqramlar çərçivəsində görüş keçirib söhbət aparaq. Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Siyasətin əsas qayəsini insalara qayğı təşkil edirsə, demək insanlarla dialoq mühüm əhəmiyyət kəsb edir. Əhalinin ehtiyaclarını, arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident tez-tez Azərbaycanın müxtəlif guşələrinə səfər edir və vətəndaşlarla görüşür, insanlarla dialoq qurur ki, onların istək və arzularını öyrənir”.

Əli Əhmədov bildirib ki, YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir və hər il partiyaya 25-30 min arasında yeni üzv qəbul olunur: “Üzv olanlar arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və bunu YAP-a üzv olmaqla bildirirlər”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR