“Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər” – Əli Əhmədov

"Radikal müxalifət Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvə ilə sinxron fəaliyyət göstərir”.

Metbuat.az xəbər verir ki, bunu bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini Əli Əhmədov gənclərlə görüşündə deyib. Baş nazirin müavini bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var: “Onlar bizim inkişafımızdan məyus olurlar və müxtəlif formada inkişafımızın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Əslində bunu normal qəbul etmək olar, çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Ancaq başa düşülməyən ölkə daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edən, vətəndaşları çaşdırmağa çalışanlardır. Cəmiyyətin kiçik bir hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas şəkildə edirlər. Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyətinə düşən qüvvələr var. Müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir. Onlar söz və fikir azadlığından Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz yaşıdlarına və dostlarına izah etməyə borcludurlar".

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR