"Ötən gün baş verən zəlzələrdən bu günə qədər Şamaxı-İsmayıllı bölgəsində 130-dan çox afterşok olub".
Metbuat.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, təkanların bir neçəsi 3 balı keçsə də, ancaq əksəriyyəti 3 baldan aşağı hiss olunmayan təkanlar olub. Qurban Yetirmişli bildirib ki, zəlzələnin qeydə alındığı bölgə ümumilikdə seysmoloji baxımdan ən aktiv zonadır.
Günay Elşadqızı / Metbuat.az