​"2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib"

"2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib".

Metbuat.az-ın məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, həmin dövr ərzində əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilib: "O cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilib".

K.İmanov bildirib ki, bununla yanaşı hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildə. 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

Günay Elşadqızı / Metbuat.az

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR