Azərbaycanda yeni TV yaradılır - Artıq hansı proqramların olacağı bəllidir - FOTO

Azərbaycanda yeni TV yaradılır - Artıq hansı proqramların olacağı bəllidir - FOTO
10:52 12 Fevral 2019
101 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əsil iş burdaymış, demək böyük bir diaspor hərəkatı başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsi belə bir televiziya yaratmaqla diaspor siyasətinin genişlənməsinə böyük töhfə verir".Milli.Az xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Ömər Kocaman Diaspor TV-nin studiyası ilə tanış olarkən deyib.Türk Şurasına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış toplantısında və Təmas Qrupunun 5-ci iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Ömər Kocaman və digər qonaqlar tədbir çərçivəsində Diaspor TV-nin fəaliyyəti ilə yaxından tanış olublar.
Qonaqlar televiziyanın studiyasında olub, texniki imkanları, kadr potensialı, arxivi, proqram siyasəti və proqramların çeşidliliyi ilə maraqlanıblar. Xaricdəki soydaşlarımız üçün yayımlanan "Azərbaycan dili" dərsləri, telekörpülər, "Vətən uzaqda deyil" proqramı, Qarabağ problemini dünya ictimaiyyətinin diqqətində saxlamaq üçün bir neçə dildə edilən təqdimatlar, eləcə də digər layihələr maraqla qarşılanıb və  diaspor hərəkatının inkişafında mühüm addım kimi qiymətləndirilib. Xüsusilə, Diaspor TV-də yayımlanan "Azərbaycan dili" layihəsi qonaqların diqqətini çəkib.
Tanışlıqdan sonra qonaqlar Diaspor TV-nin dünya azərbaycanlılarının və ümumiyyətlə, türk dünyası diasporunun virtual ortamda birləşdirilməsi işinə böyük töhfə verəcəyini deyiblər. Qonaqların bəzisi Diaspor TV-nin proqramlarını izlədiklərini bildiriblər. Onlara məlumat verilib ki, yaxın zamanlarda türkdilli dövlətlərin telekanalları ilə ortaq layihələrin hazırlanması də nəzərdə tutulur.
 Yusif Nəsirli
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/729796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR