“Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı gözlənilir”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasla bağlı Metbuat.az-a açıqlama verən Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, artıq 2 iclas keçirilib: “İki iclasda 200-ə qədər müraciətə baxılıb. Müraciətlər çox ətraflı araşdırılır və müvafiq rəylərin hazırlanması ilə bağlı qərarlar qəbul edilir. Güman edirəm ki, Novruz bayramı ərəfəsində cənab Prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq."

Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyası öz iclaslarında hər hansı şəxsin müraciətinə ayrı-seçkilik qoymadan tam olaraq hərtərəfli araşdırma prosesini həyata keçirir və rəylərin hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR