"3200-dən artıq məktəb tikilib və təmir edilib"

"Son illərdə Azərbaycanda 3200-dən artıq məktəb tikilib və təmir edilib.

Metbuat.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, 2015-ci ildən əmək haqqı islahatları nəticəsində dərs yükü norması 1,5 dəfə, əmək haqqı isə 2 dəfə artıb. Bu isə 140 mindən artıq müəllimə şamil edilib.

Nazir eyni zamanda qeyd edib ki, 2015-ci ildən dövlət hesabına təsis edilən məktəbəqədər hazırlıq qrupları artıq 75%-i əhatə edir. Nazirin sözlərinə görə, 2007-2015-ci illər xaricdə dövlət proqramı sayəsində 3500-dən çox gənc müxtəlif ölkələrin təhsil müəssisələrində təhsil alıb.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR