ABŞ-da qarlı yolda 47 maşın toqquşdu - FOTO

ABŞ-da qarlı yolda 47 maşın toqquşdu - FOTO
10:17 17 Fevral 2019
47 Dünya
Ölkə mətbuatı
A- A+

Fevralın 15-də ABŞ-ın Missuri ştatının Ouk Qrouv şəhərində güclü qar yağması səbəbindən 47 minik və yük maşını bir-biri ilə toqquşub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ştatın polis idarəsi məlumat yayıb.

Məlumata görə, zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qəzanın baş verdiyi yolda hərəkət birtərəfi qaydada bağlanıb, sürücülər alternativ istiqamətlərə yönləndirilib. Bir neçə saatdan sonra xilasedicilər yol kənarına aşmış maşınları götürdükdən sonra, hərəkət bərpa olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR