Azərbaycan Dubaydakı “Gulfood 2019” Beynəlxalq qida sərgisində təmsil olunur - FOTO

Azərbaycan Dubaydakı “Gulfood 2019” Beynəlxalq qida sərgisində təmsil olunur - FOTO
20:37 17 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan şirkətləri Dubayda keçirilən "Gulfood 2019" beynəlxalq qida sərgisində iştirak edirlər.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 şirkət öz məhsullarını "Made in Azerbaijan" adlı vahid ölkə stendində sərgiləyir.

Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən meyvə və tərəvəz, qənnadı məmulatları, limonadlar, təbii şirələr, mineral sular, bal və süd məhsulları nümayiş olunur.

Azərbaycan pavilyonunda nümayiş etdirilən yerli məhsullar ziyarətçilərin və mütəxəssislərin böyük marağına səbəb olub. Çoxlu sayda ziyarətçi Azərbaycan pavilyonunda milli məhsullarımızla maraqlanır, təqdim olunan məhsulların dadına baxır və məmnunluqlarını bildirirlər.

AzərTAc bildirir ki, bu il "Gulfood" qida məhsulları sərgisinə 120 ölkədən beş mindən artıq yerli, regional və beynəlxalq şirkət qatılıb. Sərgini 97 mindən artıq qonaq ziyarət edib.

Onu da qeyd edək ki, körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük sərgilərdən olan "Gulfood" mühüm beynəlxalq platformadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/731464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR