"Ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib"

"Ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib".

Metbuat.az-ın məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov bildirib. Nazirin sözlərinə görə, bununla bağlı bəzi sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb:

"Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə dəyenə də səylərimizi davam etdirəcəyik".

Nazir eyni zamanda qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm məsələ var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR