"22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur"

"İnvestisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur".

Metbuat.az-ın məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir:

"Həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin Ümumdaxili məhsulda payı 84%-ə çatıb. Məşğulluqdakı payı isə 76% təşkil edib".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR