"Ölkəmiz adambaşına düşən büdcə xərclərinə görə dünyada bir sıra ölkələrdən geri qalır"

Xəbər verdiyimiz kimi, Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçirilir.

Metbuat.az xəbər verir ki, forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkəmiz adambaşına düşən büdcə xərclərinə görə dünyada bir sıra ölkələrdən geri qalır.

Onun sözlərinə görə, bunun səbəbi real gəlirlərin optimallaşdırılması və düzgün nəzərə alınmamasıdır. Milli Məclisin Komitə sədri bildirib ki, əksər ölkələrdə adambaşına düşən büdcə xərcləri Azərbaycandan 5-6 dəfə çoxdur:

"Bu geriliyi aradan qaldırmalıyıq. Qısa zamanda kölgəlik iqtisadiyyatında dövriyyələr azalır. Belə dövriyyələr həddindən artıq çoxdur. Kölgə iqtisadiyyatının 10-15 faizini azaldılmasına nail olsaq dünya miqyasında göstəricilər yaxşılaşacaq". Z.Səmədzadə bildirib ki, ümumdaxili məhsulda büdcənin xüsusi çəkisini 33-35 faizə qaldırmışıq. İnkişaf etmiş ölkələr bu göstəricidən heç vaxt aşağı düşmür. Çünki onlarda sosial sistem yaranıb, büdcədən maliyyələşən təşkilatlar artır. Bunu qoruyub saxlamalıyıq, bu səbəbdən də büdcə xərclərini artırmaq lazımdı.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR