"2015-ci ildən tətbiq olunan özəl sektorun inkişafı ilə bağlı olan yeni qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır".
Metbuat.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, bu, sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı hesab olunur.
Dövlət başçısının tağşırına əsasən, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilə qədər dayandırılıb, təbii ki, Vergi yoxlamaları istisna olmaqla. Lisenziyalaşdırılan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Lisenziyalara icazələr portalı və elektron qaydada verilməsinə başlanılıb. Bununla yanaşı, vergi, gömrük və sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılıb.
Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu yaradılıb və verilən kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib.
Günay Elşadqızı / METBUAT.AZ