Kilsənin qarşısından xəstəxanaya gətirilən kişi ölüb - Onu tanıyan var? - FOTO

Kilsənin qarşısından xəstəxanaya gətirilən kişi ölüb - Onu tanıyan var? - FOTO
16:12 18 Fevral 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

DİN-dən Milli.Az-a verilən məlumata görə, bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən "Maarifçi Qriqoriy" kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib, həkimlərin səylərinə baxmayaraq orada vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR