"Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib"

"Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib".

Metbuat.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşü zamanı bildirib.

Nazirin sözlərinə görə, bu il isə 800-dən artıq mənzilin şəhid ailələrinə və müharibə veteranlarına verilməsi nəzərdə tutulur. Nazir eyni zamanda qeyd edib ki, ötən il 250-yə yaxın müharibə əlilinə avtomobil verilib. Bu il isə 170-180-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulur. Nazir bildirib ki, Milli Qəhrəmanlara verilən aylıq təqaüd 1500-a qədər artırılıb. Müharibə əlillərinin övladlarının təhsili isə dövlət hesabına ödənilir.

Nazir bildirib ki, ümumilikdə sosial təminat sahəsinə ümumi olaraq 600-700 milyon manat vəsait ayrılıb. Nazir bildirib ki, pensiya alan 125 min nəfərdən 20 mini müharibə əlili, 15 mini isə şəhid ailələrdir. Nazir qeyd edib ki, son bir il ərzində özünəməşğulluq proqramı ilə yardım alan 7200 nəfərin 50-dən çoxu müharibə əlili, 150-dən çoxu isə şəhid ailələri olub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR