Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Türkiyə Respublikası Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin görüşü keçirilib.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan tərəfindən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov və millət vəkilləri Səyavuş Novruzov, Məlahət İbrahimqızı, Əhliman Əmiraslanov, Şəmsəddin Hacıyev, Ağalar Vəliyev iştirak edib.

Türkiyə tərəfdən isə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin əməkdaşı, TBMM-nin üzvləri - Dostluq qrupunun rəhbəri, İstanbul deputatı Şamil Ayrım, Dostluq qrupu rəhbərinin müavini, Konya deputatı Orhan Ərdəm, qrupun üzvləri - Ərzurum deputatı İbrahim Aydəmir, Kars deputatı Yunus Kılıç, Qaziantep deputatı Məhmət Ərdoğan, Iğdır deputatı Yaşar Karadağ və TBMM-nin əməkdaşı Türker Yenər iştirak ediblər.

Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyəti qeyd edilib.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev