"Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət ifadəsinə uyğun davam edir".

Metbuat.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzvü ilə görüşündə deyib. Əli Əhmədov bildirib ki, Türkiyə günü-gündən inkişaf edir, bölgənin ən güclü dövlətlərindən biri çevrilib.

Baş nazirin müavini bildirib ki, Türkiyə eyni zamanda dünya ölkələri dövlətləri arasında da ən güclü dövlətlərdən birinə çevrilib:

"Bu təbii ki, bizi çox sevindirir. Qeyd etməliyəm ki, Azərbaycanın iqtisadiyyatı da çox güclənib və nəticədə ölkəmiz regionun lider dövlətinə çevrilib. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".

Ölkələrimiz arasında həyata keçirilən birgə layihələr barədə danışan Əli Əhmədov bildirib ki, Türkiyə və Azərbaycanın birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir:

"Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir. Eyni zamanda qardaş ölkədən gələn bir qonaq da Azərbaycan üçün əzizdir. qoyulub. Türkiyə ilə son dövrlərdə iqtisadi əlaqələrimiz, xüsusilə də enerji sahəsindəki birgə layihələrimiz əlaqələrimizi daha da dərinləşdirib".

Əli Əhmədov qeyd edib ki, Türkiyənin yerləşdiyi regionda müharibə və narahatlıqlar olsa da, qardaş ölkə əhalisinin sabit durumda yaşamasını təmin edir". Əli Əhmədov eyni zamanda qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylərin əhəmiyyəti böyükdür: "Dəfələrlə. Türkiyə dövlət başçısı və digər siyasətçilər münaqişənin həll olunmasının əhəmiyyətini qeyd ediblər. Türkiyə və Azərbaycan beynəlxalq aləmdə də daima bir-birini dəstəkləyib. Düşünürəm ki, əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək".

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev