Dəm qazı daha iki can aldı

Dəm qazı daha iki can aldı
14:26 14 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha iki nəfər dəm qazından zəhərlənib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.

Yanvarın 13-də qeydə alınan hadisə zamanı Qaradağ rayonunun Şanqar qəsəbəsində yaşayan Vəfa Hüseynova və Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yaşayan Rza Əliyev mənzillərində dəm qazından zəhərləniblər.

Həmin şəxslər zəhərləndikdən sonra ölüblər.

Qeyd edək ki, hazırda faktlarla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR