Yaponiyanın qırıcı təyyarəsi dənizə düşdü

Yaponiyanın qırıcı təyyarəsi dənizə düşdü
12:17 20 Fevral 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Hərbi Hava Qüvvələrinə məxsus F-2 qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qırıcı səhər saatlarında Fukuoka prefekturası sahillərində dənizə düşüb.

Təyyarənin təlim-məşq uçuşu həyat keçirdiyi bildirilir. Təyyarədə olan iki pilot sağ qalıb.

Məlumata görə, səhər saatlarında təyyarə radarlardan itəndən dərhal sonra axtarış tədbirləri aparılıb.

Qırıcının hansı səbəbdən qəzaya düşməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR