"DGK-nın Kineoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur"

"Hazırda Dövlət Gömrük Komitəsinin Kineoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur".

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Kineoloji Mərkəzinin rəisi İlkin Osmanov bildirib. Onun sözlərinə görə, 12 dövlətə xidməti axtarış itləri göndərirlər:

"Onların təlimçiləri mərkəzin bazasında təlim keçiblər. Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman afçarkasından söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir illik saxlanma 1000-2000 manat arasındadır".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR