"Azərbaycana 9 ədəd "Body Scan" gətirilib".

Metbuat.az-ın məlumatına görə, bu barədə gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev məlumat verib.

Qeyd edilib ki, "Body Scan"lar yaxın vaxtlarda bütün beynəlxalq hava limanlarında və cənub sərhəd keçid məntəqələrində quraşdırılacaq.

Qeyd edək ki, "Body Scan" gömrük ərazisindən keçərkən insanların üzərində olan qanunsuz vasitələri müəyyən edən texniki nəzarət vasitəsidir.

Günay Elşadqızı /METBUAT.AZ