"DGK yaxın bir il ərzində Akademiyanı yeni bina ilə təmin edəcək"

"Təəssüf ki, 2009-cu ildən bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib. İxtisar olunan ixtisaslarda biri də təəssüf ki, gömrük işi ixtisasıdır".

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov bildirib. Akademiyanın rəisi bildirib ki, Nazirlər Kabinetinin bu qərarından sonra prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə Dövlət Gömrük Komitəsinin Akademiyası yaradılıb. Akademiyanın rəisi təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

"Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq".

Qulu Novruzov eyni zamanda bildirib ki, DGK yaxın bir il ərzində Akademiyanı yeni bina ilə təmin edəcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR