"2018-ci ildə 1000-ə yaxın sahibkarlıq subyektinə 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. 2019-cu ilin müvafiq dövründə isə 80-dən artıq sahibkarlıq subyektinə 8 milyon manat dövlətin güzəştli krediti verilib".
Metbuat.az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu kreditlər əsasən, kənd təsərrüfatının, emal sənayesinin inkişafına yönəldiləcək və nəticə etibarilə yeni iş yerləri yaradılacaq. Eyni zamanda bu istiqamətdə fəaliyyət göstərən sahibkarlarımız tərəfindən ölkə iqtisadiyyatına bir töhfə olacaq".
Günay Elşadqızı / METBUAT.AZ