Slovakiya millisinin hücumçusu Adam Zrelyak Avro-2020-nin seçmə mərhələsinin ilk 3 oyununu buraxacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, çıxış etdiyi "Nürnberq" klubunun məşqində zədələnən 24 yaşlı futbolçunun diz bağları qopub. Onun sabah Auqsburqda əməliyyat olunacağı bildirilib. Zrelyakın ən yaxşı halda 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu isə o deməkdir ki, forvard yığmasının qrupda Macarıstan (21 mart), Uels (24 mart) və Azərbaycanla (11 iyun) oyunlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, millimiz Slovakiya ilə ilk oyunu iyunun 21-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.
Milli.Az