"Quş qripi" ilə bağlı növbəti monitorinq keçirilib

Fevralın 25-dən martın 1-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli "quş qripi" xəstəliyi ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a verilən məlumata görə, Agentlik, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün təhvil verilib.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Dollarla kredit götürənlər OXUSUN! - Xəbərdar olun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR